AZ

AFFA-nın yeni qərarı faydalı olacaq?

AFFA bir müddət əvvəl bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalarla bağlı yeni qərar verib. Qrurum Premyer Liqa klublarının, akademiyaların, fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən komandaların nümayəndələri ilə məsləhətləşmələrdən sonra U-8, U-9, U-10, U-11 və U-12 liqalarının oyunlarında tez-tez qeydə alınan böyükhesablı nəticələrlə bağlı tədbir görüb.

Federasiya oyunçuların futbola olan həvəsinin azalmaması və matç balansının təmin edilməsi məqsədilə bu mövzu ətrafında geniş müzakirələr aparıb və bu nüansı aradan qaldıra biləcək qərar qəbul edib. Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər. Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir.

Yekun olaraq, 3 qol fərqi olanda əlavə 1 oyunçu, 6 qol fərqi yaranan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər. Qol fərqi 4-ə və 2-yə enərsə, meydana daxil olan oyunçular müvafiq qaydada meydanı tərk etməlidirlər. Hesab fərqinə görə meydana əlavə olaraq daxil ola biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.

Bu qaydanı icra etmək məcburi deyil. Hesabda geridə olan komanda oyuna əlavə oyunçu daxil etməyə də bilər və bu, komandanın öz öhdəliyindədir.

Bu qərara məşqçilərin mövqeyi necədir? Mütəxəssislər AFFA-nın bu addımını doğru hesab edirlərmi? Suallarımızı "Araz-Naxçıvan" klubunun aşağı yaş qrupları üzrə komandasında çalışan və uşaq futbolunda kifayət qədər təcrübəsi olan Elşad Məmmədova ünvanladıq.

Seçilən
159
24
publika.az

10Mənbələr