AZ

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb

Bakı. Trend:

Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütünmaliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5,295 milyardmanat təşkil edib.

Trend BFB-yəistinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü iləmüqayisədə 5,014 milyard manat və ya 2 dəfə azdır.

Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 1 811 olubki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 378 vahid və ya1,8 dəfə azdır.

BFB-nin dövriyyəsinin 4,757 milyard manatı repo əməliyyatlarınınpayına düşüb. Bu isə illik müqayisədə 5,111 milyard manat və ya 2,1dəfə azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri23 milyon manat və ya 1,7 dəfə azalaraq 34,491 milyon manatabərabər olub.

Məqalədə:
Seçilən
130
2
az.trend.az

3Mənbələr