ABŞ-də Ceffri Epşteynlə bağlı yeni sənədlərdə texnologiya şirkətlərinin sahiblərinin adları da yer alıb. Metbuat.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilən sənədlərdə adı çəkilən texnologiya liderləri arasında X-in sahibi İlon Mask da var. Maskın Epşteynlə əlaqə saxladığı iddia edilir. CNN-in sənədlərə əsaslanan hesabatına görə, Mask 2013-cü ildə Epşteynə "Bayramlar üçün Britaniya Virgin Adaları/Sent-Bart bölgəsində olacağam. Ziyarət üçün uyğun vaxt varmı?" sualı ilə elektron poçt göndərib. Epşteyn yer olduğunu qeyd edib. Lakin CNN yazır ki, Maskın ziyarəti reallaşdırıb-reallaşdırmadığı bəlli deyil. Mask iddiaları rədd edib. Sənədlərdə milyarder Bill Qeyts, “LinkedIn”in həmtəsisçisi Reid Hoffman, “Google” təsisçiləri Sergey Brin və Larri Peycin də adı qeyd edilib.