“Yuventus” futbolçusu Daniele Ruqanini icarəyə verib.
QOL.az xəbər verir ki, 31 yaşlı müdafiəçi mövsümün sonuna kimi “Fiorentina”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ruqani bu mövsüm 8 oyunda meydana çıxıb.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2013-cü ildən "Yuventus"un futbolçusudur. O, müxtəlif vaxtlarda "Empoli", "Renn", "Kalyari" və "Ayaks"da icarə əsasında çıxış edib.