Kaliforniyada yaşayan iranlı gənc Məcid Müqəddəsi ABŞ prezidenti Donald Trampa İranda etirazlar zamanı bacısı oğlu Erfan Fərəcin öldürülməsi ilə bağlı məktub göndərib.
Vətəninfo.az xəbər verir ki, Tramp məktubda mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib və “cəsur İran xalqı” ilə həmrəylik nümayiş etdirib. O, bu faciəyə səbəb olan hadisələri və addımları bağışlamayacağını və unutmayacağını bildirib.
ABŞ prezidenti vurğulayıb ki, azadlıq və demokratiya uğrunda mübarizədə İran xalqının yanında olacaq: “Ayətullahın və onun qatil rejiminin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün son dərəcə ciddi şəkildə çalışırıq”.
Məcid Müqəddəsi məktubunda qeyd edib ki, İran xalqı və onun bacısı oğlu Trampın dəstəyinə güvənərək İslam Respublikasına qarşı çıxıb, ancaq öldürülüb.