Ağ Ev fevralın 3-də ABŞ prezidenti Donald Trampın federal hökumətin qismən bağlanmasına son qoymaq üçün qanun layihəsini imzaladığını açıqlayıb. Qanun layihəsi daha əvvəl Senat və Nümayəndələr Palatası tərəfindən dəstəklənib.
QHT.az xəbər verir ki, bununla belə, Daxili Təhlükəsizlik Departamenti yalnız 13 fevrala qədər maliyyələşdirilib və bu, yenidən qismən bağlanma riskini saxlayır. Məsələ ilə bağlı danışıqlar kompromis axtarışı ilə davam edəcək.
Qeyd edək ki, qismən bağlanma Konqresin 2026-cı il büdcəsini vaxtında təsdiqləməməsi səbəbindən baş vermişdi və bu, Trampın ikinci prezidentlik dövründə ikinci belə haldır.