AZ

Şəhidlərin doğum günündə xatirələri yad edilib - Vətən Naminə

">
VETENNAMİNE.AZ xəbər verir ki, Vətən müharibəsinin Biləsuvar şəhərindən şəhidimiz Mirzəyev Sarvan Əli oğlunun və Xırmandalı kəndindən antiterror tədbirləri zamanı şəhid olmuş Teymurov Rəsul Yusif oğlunun doğum günləri ilə əlaqədar ata ocaqları və məzarları ziyarət olundu. Ziyarətdə Biləsuvar rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəhruz Mirzəzadə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, sədr müavini, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin əməkdaşı Faxrəddin Allahverdiyev, rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, rayonun axundu Hacı Əlifağa Murtuzov, şəhidlərimizin döyüşçü yoldaşları, şəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin  şərəfli döyüş yollarından söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Mirzəyev Sarvan Əli oğlu 1 yanvar 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olmuşdur. 2013 cü ilin oktyabr ayında Qusar şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamış və  2015-ci ilin aprelində xidmətini başa vuraraq təxris olumuşdur. 2019-cu ilin aprel ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq yenidən orduya qayıtmış və Naxçıvanda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 11 noyabr 2020-ci ildə Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Mirzəyev Sarvan Əli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Sarvan Mirzəyev ailəli olub, 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Onun adı əbədiləşdirilərək Biləsuvar şəhər küçələrindən birinə verilmişdir.
Azərbaycan Ordusunun Komando qüvvələrinin giziri olmuş şəhid Teymurov Rəsul Yusif oğlu 1 yanvar 1997-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 saylı tam orta məktəbində təhsil almışdır. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr 2023-cü il tarixində Xırmandalı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Teymurov Rəsul Yusif oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bəhruz Əliyev                                       
Vətən Naminə Mətbuat Xidməti
Seçilən
248
vetennamine.az

1Mənbələr