AZ

Külək əsəcək, yağış və qar yağacaq

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Q.ƏLİYEVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
49
xalqqazeti.az

10Mənbələr