AZ

Qadın özü üçün də aliment tələb edə bilərmi? Hüquqşünas

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Boşanma zamanı uşağa istisnasız aliment kəsilməyi məlumdur.

Ancaq ana necə, ona da aliment kəsilə bilərmi?

Bu, hansı hallarda mümkün olur?

Bu barədə hüquqşünas Şamil Paşayev Gununsesi.info-ya danışıb.

O bildirib ki, Azərbaycan qanunvericiliyində müəyyən hallarda qadın özü üçün də aliment tələb edə bilər. Amma bu avtomatik hüquq deyil, qanunda dəqiq şərtlər var:

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə aliment uşağın saxlanması üçün, müəyyən hallarda isə ər-arvad arasında ödənilə bilər.

Qanunun tanıdığı hallar budur ki, məsələn, qadın hamiləlik dövründə ərdən aliment tələb edə bilər. Bu hüquq nikah davam edərkən də, boşanmadan sonra da mümkündür.

Digər bir hal isə budur ki, uşaq 3 yaşına çatana qədər qadın uşağa baxdığı üçün işləyə bilmirsə, uşaq 3 yaşına çatana qədər ərdən aliment tələb edə bilər.

Və ya qadın əmək qabiliyyətini itiribdirsə, maddi vəziyyəti ağırdırsa, nikah dövründə və ya boşanmadan sonra müəyyən müddətdə bu hal yaranıbsa məhkəmə ərdən aliment təyin edə bilər.

Nəhayət, nikah uzun müddət davam edibsə, qadın ailəyə görə işləməyibsə, boşanmadan sonra maddi çətinlik çəkirsə, bəzi hallarda aliment mümkündür.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
icma.az

1Mənbələr