AZ

Hava şəraitinə görə “Azneft” təhlükəsizlik tədbirlərini gücləndirib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

"Cebheinfo.az" xəbər verir ki, "Azneft"dən verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.

"Cebheinfo.az"

Seçilən
27
24
cebheinfo.az

10Mənbələr