Sən ən pis müxbirsən. CNN-in reytinqi sənin kimi insanlara görə yoxdur.
News365.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp mətbuat konfransı zamanı Epşteynlə bağlı sual verən CNN-in müxbirinə deyib.
“Səni 10 ildir tanıyıram və heç vaxt gülümsədiyini görməmişəm. Niyə gülümsəmirsən? Çünki həqiqəti demirsən. Siz çox vicdansız təşkilatsınız və onlar səndən utanmalıdırlar”, - o bildirib.