AZ

Epşteynin yazışmalarında Makronun şillələnməkdən zövq aldığı açıqlanıb

Azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan maliyyəçi Ceffri Epşteynin ictimaiyyətə açıqlanan sənədləri arasında onun Fransa Prezidenti Emmanuel Makron barədə şəxsi fikirlərini bölüşdüyü yazışmalar aşkar edilib.

Missiya.Az xəbər verir ki, Epşteyn Fransa liderinin şəxsiyyəti haqqında öz qiymətləndirməsinə əsaslanaraq, Makronun şillələnməkdən zövq ala biləcəyini iddia edib.

26 may 2019-cu il tarixli anonim şəxsə göndərdiyi elektron məktubda Epşteyn yazır:

"Mənə dedilər ki, millətçilərin fəaliyyət sahəsi genişlənəcək, lakin nüfuzları o qədər də artmayacaq?".

O, növbəti mesajında isə qeyd edib:

"Mənim alman mənbələrim deyir ki, bu, Makron üçün bir şillə kimi oldu. Lakin onu tanıdığım qədər deyə bilərəm ki, yəqin ki, bu, hətta onun xoşuna gəlib".

Qeyd olunub ki, yanvarın 15-də Emmanuel Makronun hərbçilər qarşısında sağ gözünün qızarmış və iltihablı vəziyyətdə görünməsi suallar doğurmuşdu. Bir gün sonra Prezident gözündə yaranan problemlərə görə bir müddət günəş eynəyi taxmaq məcburiyyətində olduğunu açıqlayıb.

"Daily Mail" qəzeti londonlu cərrah-oftalmoloq Mfazo Houvun rəyinə istinadla yazıb ki, Makronun göz nahiyəsindəki hematoma (qan sızması) üzə dəyən zərbənin nəticəsi ola bilər və ya öz-özünə yarana bilər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
82
missiya.az

1Mənbələr