AZ

Xalq artisti dərdinə “Alman apteki” ilə əlac edir: “Şərəfsizlər!”

“Bu müddət ərzində mənimlə daim maraqlandığınız üçün təşəkkür edirəm, müalicəm davam edir, amma vəziyyətim hələ də ağırdır. Əvvəl bir həftəlik müalicə olunacağımı demişdilər, lakin indi həkimimin dediyinə görə, müalicə müddətim bir az da uzanacaq. Hələ ki bir müddət xəstəxanada qalmalı olacağam".

Bu sözləri “Yeni Sabah”a bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Əbdül Mahmudbəyov (Şeyx Əbdül) deyib.

Xalq artisti bildirib ki, bronxları və prostatla bağlı müalicə prosesi gedir:  

"Amma bir müalicəm digərinə mənfi təsir göstərə bilir. Çox əziyyət çəkirəm, havanın soyuqluğu da mənə təsir edir. Bu xəstəliyin əsnasında bir daha anladım ki, apteklərə diqqət yetirmək lazımdır. Müalicəm üçün lazım olan dərmanları “alman apteki”ndən alıram, çünki bizim apteklərdə satılan dərmanlar keyfiyyətsizdir, heç bir işə yaramır. “Alman apteki”ndə də dərmanlar od qiymətinə!

Dəfələrlə bu məsələni ictimailəşdirmişəm, lakin dəyişən heç nə yoxdur. Şərəfsizlər saxta dərmanları düzəldib əhaliyə satırlar.

Azərbaycanda bütün poliklinikaların qarşısı xəstələrlə doludur, saatlarla növbə gözləyirlər. Niyə? Çünki apteklərin satdığı saxta, heç bir işə yaramayan dərmanlar əhalini bu hala salıb”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
32
yenisabah.az

1Mənbələr