AZ

Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər

Əbu-Dabi. Trend:

Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadiəməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etməkbarədə razılığa gəliblər.

Trend-in xüsusimüxbiri xəbər verir ki, razılaşma Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziriNikol Paşinyan arasında fevralın 4-də Birləşmiş Ərəb ƏmirliklərininƏbu-Dabi şəhərində keçirilən görüş zamanı əldə edilib.

Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatdaşahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətinbaşlamasından və Azərbaycandan Ermənistana neft məhsullarınınixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistanataxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyatakeçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfliticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanlarıaraşdırmağı davam etmək barədə razılığa gəliblər.

Onlar, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlısəfərlərini alqışlayıb və etimad quruculuğu tədbirləriningenişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP vədigər bağlantı layihələrinin həyata keçirilməsini müzakirəediblər.

Seçilən
73
15
az.trend.az

10Mənbələr