AZ

Alla Puqaçovanın adı Epşteyn işi ndə: ona pul verilib?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Rusiyalı müğənni Alla Puqaçovanın adının Ceffri Epşteynin dərc olunmuş sənədlərində yer alması təsadüfi deyil”.

Globalinfo.az xəbər verir ki, bunu prodüser Pavel Rudçenko deyib.

Onun sözlərinə görə, Epşteyn məşhurlara ruslar haqqında təhqiramiz ifadələr işlətmək üçün pul ödəmiş ola bilər:

“Puqaçovanın rusları kölə adlandırdığını, bir çox ictimai xadimin 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində oxşar açıqlamalar verdiyini xatırlayaq. Mümkündür ki, amerikalı maliyyəçi bu cür fikirlərin səsləndirilməsinə görə sponsorluq edib. Ona gör də iş adamının mümkün əlaqələri və maliyyələşdirmə mənbəyini axtarmalıyıq”.

Qeyd edək ki, Alla Puqaçovanın adına da ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş Ceffri Epşteynin sənədlərində rast gəlinib.

Günel Cəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
globalinfo.az

1Mənbələr