AZ

Gəncədə bıçaqlanan futbolçusunun atası: “Oğlumu vuran ortada yoxdur”

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayevin vəziyyəti yaxşıdır.

Sportal.az xəbər verir ki, bu barədə "qafqazinfo"ya futbolçunun atası Mehman Rzayev məlumat verib.

O bildirib ki, oğlunun durumu yaxşılaşıb:

“Ciddi bir təhlükə yoxdur. Sadəcə mən indi danışacaq halda deyiləm”. M.Rzayev hadisənin necə baş verməsi barədə məlumata sahib olmadığını deyib: “Hadisə barədə heç bir şey bilmirəm. Nə vuran ortada var, nə də vurulan danışır. Yəni heç bir informasiya əldə edə bilmirik".

V.Rzayev dünən gecə saatlarında bıçaqlanıb. Hadisə Gəncədə baş verib. Onun futbolçu dostu Nihat Fərəcini qorumaq üçün bıçağın önünə keçdiyi deyilir.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
sportal.az

3Mənbələr