17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
Fanat.Az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-sı və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında, Bakı vaxtı ilə saat 13:00-da başlaması planlaşdırılır.
Azərbaycanın U-17 millisinin heyətini nəzərinizə çatdırırıq:
1.İradə Əsədli Şəfa
2.Süməyyə Əhməd Ulduz
3.Aysu Əsədova Sabah
4.Ayan Abdiyeva Liman
5.Xədicə Rəhimova Neftçi
6.Zəhra İsmayilova Şəfa
7.Aylin Azadova Sabah
8.Məryəm Nuruzadə Ulduz
9.Nuray Əzizova Təhsil 8 İOEUGİM
10.Aylin Əliyeva Ulduz
11.Məryəm Səmədli Sabah
12.Suel Polikarpova Neftçi
13.Sara Səlimova Neftçi
14.Fatimə Kərimli Sabah
15.Dəniz Mikayıllı Şəfa
16.Sara Qaribova Təhsil 8 İOEUGİM
17.Şəhanə Mirzəliyeva Liman
18.Zəhra Abdullayeva Ulduz