AZ

Azərbaycan və Ermənistan arasında tarix yazılır – Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun “X” hesabındakı paylaşımında qeyd olunub:

“Azərbaycan və Ermənistan arasında tarix yazılır! Sülh qazanır!!!”

Qeyd edək ki, Əbu-Dabidə fevralın 4-də “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

 

Seçilən
18
18
nocomment.az

10Mənbələr