Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürüb.
İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Sumqayıt” “Zirə”ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb – 0:0.
Digər matçda isə “Sabah” evdə “Qəbələ” ilə üz-üzə gəlib. Bu oyunda da qapılara qol vurulmayıb – 0:0.
“Sumqayıt”la “Zirə” və “Sabah”la “Qəbələ” arasındakı 1/4 finalın cavab oyunları mart ayının 3-nə nəzərdə tutulub.
Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar
4 fevral
17:00. “Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. “Sabah” – “Qəbələ” 0:0
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
“Bank Respublika Arena”