AZ

Putin Çinə səfər edəcək



Rusiya Prezidenti Vladimir Putin noyabr ayında Çinə səfər edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə fikir mübadiləsi Rusiya və Çin liderlərinin telefon danışığı zamanı aparılıb.

Putin çinli həmkarına ASİƏT sammitində iştirak etməyə hazır olduğunu deyib.

"Çin lideri Rusiya prezidentini noyabr ayında Çinin cənubundakı Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinə dəvət edib", - deyə bildirilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin bu il ŞƏT və BRİKS çərçivəsində müxtəlif beynəlxalq tədbirlər çərçivəsində ikitərəfli görüşlər keçirməyi planlaşdırırlar.

Anar
Seçilən
11
newscenter.az

1Mənbələr