AZ

"Qalatasaray" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb

Bakı, 4 fevral, AZƏRTAC

"Qalatasaray" futbol üzrə Türkiyə Kubokunda növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, A qrupundakı 3-cü matçında "İstanbulspor"u qəbul edən komanda inamlı qələbə qazanıb - 3:1

Meydan sahiblərinin heyətində qolları Mauro İkardi, Lukas Torreyra və Ahmet Kutucu vurublar. Qonaq komandadan isə Mendi Mamadu fərqlənib.

Bu nəticədən sonra xallarını 9-a çatdıran "Qalatasaray" liderliyini möhkəmlədib.

Seçilən
118
1
azertag.az

2Mənbələr