AZ

Əbu-Dabidə Azərbaycan Prezidentinə və Ermənistanın Baş nazirinə"ZAYED İNSAN QARDAŞLIĞI MÜKAFATI" VERİLDİ

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

 

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib.

 

"Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı videoçarx nümayiş etdirilib.

 

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.

 

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətləri nümayiş olunub.

 

Mərasimdə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış ediblər.

 

Daha sonra söz "Zayed İnsan Qardaşlığı Mükafatı"nın digər laureatları - əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı və "Taavon" Fələstin təşkilatı adından Nabil Qaddumiyə verilib.

 

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə və digər laureatlara "Zayed İnsan Qardaşlığı Mükafatı"nı təqdim edib.

 

Sonda birgə foto çəkdirilib.


Daha ətraflı REAL TV-nin süjetində: 

 


Seçilən
30
7
senzor.az

10Mənbələr