AZ

BMT Baş katibi Quterreşdən Yeni START açıqlaması: “Nüvə silahından istifadə riski ən yüksək səviyyədədir”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Yeni START Müqaviləsinin başa çatması fonunda nüvə silahından istifadə riskinin son onilliklərin ən yüksək həddinə çatdığını bəyan edib.

Editor.az xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş Rusiya ilə ABŞ arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan Yeni START Müqaviləsinin müddətinin bitməsi ilə bağlı açıqlama verib.

Quterreş bildirib ki, onilliklər ərzində əldə olunmuş nailiyyətlərin bu şəkildə itirilməsi daha pis bir vaxta təsadüf edə bilməzdi.

“Bu qeyri-müəyyənlik dövründə belə ümid axtarmalıyıq”, – deyə BMT Baş katibi vurğulayıb və əlavə edib: “Bu, sürətlə dəyişən qlobal reallıqlara uyğun silahların nəzarəti rejiminin yaradılması və yenidən qurulması üçün bir fürsətdir. Hər iki ölkənin prezidentinin nüvə silahlanma yarışının sabitliyi pozan təsirini və nəzarətsiz nüvə yayılmasının hökm sürdüyü bir dünyaya geri dönüşün qarşısının alınmasının vacibliyini açıq şəkildə qəbul etmələrini məmnunluqla qarşılayıram”.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılmasına dair Yeni START Müqaviləsinin müddəti 5 fevral 2026-cı ildə başa çatır. Rusiya Prezidenti Vladimir Putin müqavilənin müddəti bitdikdən sonra bir il ərzində Moskvanın razılaşmaya əməl etməyə hazır olduğunu açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az

Seçilən
68
editor.az

1Mənbələr