AZ

Ekspert: Avropa Çindən 20 il geridədir

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa elektromobil batareyaları sahəsində Çindən azı 20 il geri qalır.

Avtosfer.az xəbər verir ki, bunu yerli mediaya alman avtomobil eksperti Ferdinand Düdenhoffer bildirib.Ekspertin fikrincə, kuzov hazırlanması və keyfiyyətli materiallardan istifadə baxımından almanlarla heç kim yarışa bilmir. Lakin batareya sahəsində uçurum böyükdür.

Avropa bu sahədə Çindən azı 20 il geridədir: “2025-ci ildə Avropa avtomobillərinin batareyalarının 70 faizi Çindən alınıb.

Yerli istehsalçılar çətinliklə üzləşdiyi dövrdə Çin şirkətləri artıq  Avropada istehsal qurur”.

Ekspertin fikrincə, bu da təsadüfi deyil. Çinlilər batareyanı 30 faiz daha ucuz qiymətə istehsal etməyi bacarıb, avtomobilin layihələndirilmə müddətini isə 2 dəfə qısaldıblar.

Bunun sayəsində həm qənaət, həm də bazara daxilolma baxımından yüksək nəticə əldə edilib.

Düdenhofferin fikrincə, avropalılar çinsayağı səmərəlilikdən çox şey öyrənməlidirlər.

Vüqar

Oxunub 16

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr