AZ

Epşteyndən qurtulan qadın: Dedi ki, bu haqda kiməsə nəsə desəm... - VİDEO

Epşteyn adasından xilas olan bir qadının müsahibəsi sosial mediada gündəm olub. 

“Yeni Sabah” xəbər verir ki, qadın Cefri Epşteynin Qəraib dənizindəki şəxsi adasında gənc yaşda aldadıldığından, təzyiq altında, qorxu içində yaşadığından danışıb. O, qurbanların xarici dünyadan təcrid edildiyini, əlaqələrinin məhdudlaşdırıldığını və baş verənlərin sistemli şəkildə gizlədildiyini vurğulayıb:

“Adaya düşdüyüm andan həyatımdakı hər şey dəyişdi. Vəsiqəmi, telefonumu əlimdən aldılar. Sonra isə təcavüzlər başladı. 22 yaşında olan, saf və məsum bir qız üçün çox çətin idi. Ora bir dəfə girdinsə, çıxa bilməzsən. Cefri mənə ilk dəfə təcavüz edəndə açıq-açıq bildirdi ki, bu haqda kiməsə nəsə desəm, özüm də, ailəm də aradan götürüləcək”. 

Ceffri Epşteyn (Jeffrey Epstein) (1953-2019), amerikalı maliyyəçi və azyaşlıların cinsi istismarı üzrə məhkum edilmiş şəxsdir. O, yüksək səviyyəli siyasi və elita dairələri ilə əlaqələri, həmçinin yaratdığı cinsi istismar şəbəkəsi ilə dünya gündəminə gəlmişdir. Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxana kamerasında intihar edib. 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
10
yenisabah.az

1Mənbələr