"İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 55-ci iclası Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində öz işini yekunlaşdırdı. Bu mötəbər tədbirdə Azərbaycanın fəal iştirakı ilə həm ölkəmiz, həm də ümumilikdə müsəlman dünyasının birliyi və inkişafı baxımından əhəmiyyətli qərarlar qəbul edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu iclas, üzv dövlətlər arasında parlament diplomatiyasının, siyasi həmrəyliyin və qarşılıqlı dəstəyin daha da möhkəmlənməsi istiqamətində mühüm addım oldu. Müzakirələr zamanı sülhün, ədalətin, əməkdaşlıq və dialoqun təşviqi kimi məsələlərə xüsusi diqqət göstərildi.
İclasda İslam həmrəyliyi, regional sabitlik və humanitar əməkdaşlıq sahəsində öz prinsipial mövqeyimizi bir daha ifadə etdik. Qürur hissi ilə onu da qeyd etmək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti Asiya Qrupunun Sədrinin müavini seçildi. Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və İslam dünyasında etimad qazanan mövqeyinin bariz göstəricisidir. İnanıram ki, qəbul edilən qərarlar gələcəkdə İslam ölkələri arasında həmrəyliyin, qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəkdir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31