AZ

ABŞ-də qadın uşaq rolunda qətli GİZLƏDİB

Ajans.az xəbər verir ki, bu barədə Greenwich Times qəzeti məlumat yayıb. Məlumata görə, 2025-ci ilin yanvarında Quletin rəfiqəsi Karla Qarsiya ondan qızı kimi davranmasını xahiş edib. Qarsiya Ailə Xidmətləri Departamentinin (DCF) onun valideynlik hüquqlarını ədalətsiz şəkildə əlindən almağa çalışdığını bildirib. Sosial işçilər ailəni yoxlamaq və azyaşlı Jaklin Torres-Qarsiya ilə danışmaq qərarına gəliblər. Karla Qarsiya qızın guya xalasıgilə göndərildiyini deyərək DCF ilə birbaşa əlaqə yaratmağın mümkün olmadığını bildirib və videozəng təşkil edib. Qule dostuna inanaraq azyaşlı uşaq rolunu oynayıb. Videozəng zamanı o, sosial işçilərə məktəbi, bacı-qardaşları və dostları barədə danışıb və bu, şübhə doğurmayıb. Bu yolla Qarsiya ailəsi 2025-ci ilin payızına qədər nəzarətdən kənarda qalıb. Lakin oktyabr ayında polis tərk edilmiş binada bir uşağa aid qalıqlar aşkar edib. Qalıqlar yorğana bükülmüş və zibil konteynerində gizlədilmiş vəziyyətdə tapılıb. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə görə, tapılan qalıqlar məhz Quletin videozənglərdə rolunu oynadığı azyaşlı Jaklin Torres-Qarsiyaya məxsus olub. Hadisə ilə bağlı istintaq davam etdirilir.

 

Seçilən
12
Ajans.az

1Mənbələr