AZ

Bakıda külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü

Bakıda güclü külək nəticəsində ölən şəxsin kimliyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə fevralın 4-ü saat 15 radələrində paytaxtın Xətai rayonu, Zeytun küçəsində baş verib.

Güclü külək Zeytun küçəsində yerləşən hasarı uçurub. Hadisə nəticəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Rüfət Qasımov uçqun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Seçilən
87
3
nocomment.az

4Mənbələr