AZ

Sumqayıtda avtomobil qəzası: xəsarət alanlar var – FOTO

Sumqayıt şəhərinin Bulvar küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, “Hyundai Getz” markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı avtomobildə olan şəxslərdən bir neçəsi xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisənin dəqiq səbəbləri hazırda araşdırılır.


Turab

Seçilən
21
nocomment.az

1Mənbələr