AZ

Ukrayna parlamentinin birinci vitse-spikeri: Enerji böhranında Azərbaycanın diqqəti bizim üçün önəmlidir

Ukrayna dünya, Avropa ictimaiyyətinin ölkənin enerji fonduna kömək edəcəyinə ümid edir.

Bunu "Far.Az"un Şəqri Avropa bürosuna müsahibəsində Ukraynada hakim "Xalqın xidmətçisi" partiyasının sədri, Ali Radanın birinci vitse-spikeri Oleksandr Korniyenko deyib.

O bildirib ki, Ukraynanın bununla bağlı böyük problemləri var:

"Bilirik ki, Azərbaycan generatorlarla kömək edir və bunun mütəmadi təşkili üçün Azərbaycana çox minnətdarıq. Çünki əslində indi hər bir generator - bu, işığın lazım olduğu yerdə, böhran infrastrukturunda, məktəbdə, xəstəxanada, insanlar, pensiyaçılar, gəlirsiz insanlar üçün qızdırma məntəqəsində və sair bir dəqiqə və ya bir saat işıq deməkdir. Buna görə, Azərbaycanın diqqəti bizim üçün önəmlidir".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Seçilən
28
far.az

1Mənbələr