AZ

Səfir Ermənistan XİN-in iddialarına münasibət bildirib

Bakı. Trend:

Niderlandda yeni hökumətin qurulması ilə bağlı “Demokratlar 66”(D66), “Azadlıq və Demokratiya naminə Xalq Partiyası” (VVD) və“Xristian-Demokratik Çağırış” (CDA) partiyaları arasında aparılmışdanışıqlar nəticəsində həmin partiyalar tərəfindən hazırlanmış2026-2030-cu illəri əhatə edən hökumət koalisiyası proqramı 30yanvar 2026-cı il tarixində ictimailəşdirilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri MəmmədƏhmədzadə məlumat yayıb.

Bildirilir ki, Hökumət koalisiya proqramında Ermənistanla bağlıaşağıdakı paraqraf daxilində fikirlər əks olunub:

“Biz Qərbin azad dəyərlərinə sadiq qalmağa davam edir və insanhüquqlarının müdafiəsini təmin edirik. Qadınların və azlıqlarınqorunması istiqamətində qlobal miqyasda fəal fəaliyyət göstərir,xüsusilə uşaqlara, LGBTI+ icmasına, habelə dini etiqad azadlığınınvə mətbuat azadlığının müdafiəsinə xüsusi diqqət yetiririk. İnsanhüquqları, demokratiya və hüquqi dövlət sahəsində aktiv islahatlarhəyata keçirən ölkələr, o cümlədən Ermənistan və Moldova,tərəfimizdən fəal şəkildə dəstəklənir.”

Bununla əlaqədar olaraq, cari ilin 3 fevral tarixində ErmənistanXarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan özünün “X”sosial şəbəkə səhifəsində aşağıdakı paylaşımı edib:

“Niderlandın yeni koalisiya sazişində strateji tərəfdaşımıztərəfindən Ermənistanın hazırkı demokratik islahatlarına dəstəyindavam etdirilməsinin təsdiqlənməsini alqışlayırıq. Bu,Ermənistan-Niderland strateji tərəfdaşlığının daha damöhkəmləndirilməsi üçün mühüm sütun olan əsas dəyərlərə ortaqsadiqliyimizi əks etdirir.”

"Xatırlatmaq istərdik ki, Niderlandın bundan öncəki hökuməti,2024-cü ildə öz koalisiya proqramını ictimailəşdirmiş və həminproqam o vaxtlar ciddi böhran dövrünü yaşayan Azərbaycan vəNiderland arasındakı münasibətlərdə gərginlyi daha dadərinləşdirmişdir. Belə ki, 2024-cü il koalisiya proqramındaAzərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qərəzliifadələr əks olunmuş, Azərbaycan ərazilərinin azad edilməsi “DağlıqQarabağın ələ keçirilməsi” kimi qələmə verilmiş, eləcə də“Ermənistan mövcudluğu təhlükə altında olan ölkə” kimi xarakterizəedilərək bu ölkəyə Niderland tərəfindən hərtərəfli dəstəyi nəzərdətutan müddəalar yer almışdır (2024-cü il hökumət proqramındakımüvafiq müddəalar - 1. “Avropanın daha geniş qonşuluğunun digəryerlərində narahatlıq artmış və münaqişələr alovlanmışdır; bunuDağlıq Qarabağın ələ keçirilməsi ilə gördük. Geosiyasi inkişaflardünya miqyasında, o cümlədən Niderlandda və Krallığın Karib dənizihissələrində bizim fəaliyyət imkanlarımıza və maraqlarımıza təsirgöstərir.”; 2. “Niderland hazırda mövcudluğu təhlükə altında olandigər Avropa ölkələrini də, məsələn Moldova və Ermənistanıdəstəkləyəcək.”; 3. “Hökumət Ermənistanla Avropa əlaqələriningücləndirilməsinə diqqət yetirəcək. Ermənistan iqtisadi inkişafınıtəmin etmək və regional (nəqliyyat) şəbəkələrinə bağlantısınıyaxşılaşdırmaq üçün Global Gateway kimi Aİ fondlarından, DünyaBankı/Beynəlxalq Valyuta Fondu üzrə konstituensiya proqramından vədigər Niderland proqramlarından tam şəkildə yararlanabilməlidir.”). O vaxt erməni tərəfindən böyük diplomatik qələbəkimi təqdim olunmuş Niderlandın 2024-cü il hökumət koalisiyapraqramındakı müvafiq iddialarla bağlı Azərbaycan RespublikasıXarici İşlər Nazirliyinin mətubat katibi Ayxan Hacızadə yerlimedianın sualını cavablandırıb (https://mfa.gov.az/az/news/no33824)", - səfirbildirib.

Qeyd edilib ki, hazırda erməni mətbuatında və sosial şəbəkəplatformalarında geniş şəkildə tirajlanan Ermənistan XİN-in mətbuatkatibi Ani Badalyanın Niderlandın yeni hökumət koalisiyasıproqramına dair açıqlaması öz həqiqi məqsədinə nail ola bilməyənerməni tərəfinin “üzünü qorumaq” cəhdindən başqa bir şey deyil:

"Belə ki, Ermənistan nümayəndəsi öz açıqlamasında Niderlandı“strateji tərəfdaş”, iki ölkə arasındakı münasibətləri isə“strateji tərəfdaşlıq” kimi xarakterizə etsə də, Niderlandın yenihökumət koalisiyası proqramında Ermənistanı belə bir tərəfdaş kimixarakterizə edən və ya fərqləndirən heç bir ifadə və ya müddəayoxdur. Üstəlik, yeni koalisiya proqramında Ermənistana dəstək sırfinsan hüquqları və demokratiya sahəsində islahatlar kontekstindənəzərdə tutulur.

Görünür Niderlandın 2024-cü il koalisya proqramından fərqliolaraq, yeni koalisiya proqramında Azərbaycanın suverenliyi vəərazi bütövlüyü ilə ziddiyyət təşkil edən ifadələrin və Ermənistanahərtərəfli dəstəklə bağlı müddəaların əks olunmamasından məyusqalan və uğursuzluğa düçar olan erməni tərəfinin bu açıqlamasındaniyyəti əsl həqiqəti ört-basdır etməkdir. Erməni tərəfinin buaçıqlaması, habelə Niderlanddakı ermənipərəst çevrələrin fəallobbiçiliyi ilə 2020-ci il Vətən müharibəsi və ondan sonrakıillərdə ciddi böhran dövrünü yaşamış Azərbaycan-Niderlandmünasibətlərində son dövrdə müşahidə olunan müsbət məqamlara ermənitərəfinin qısqanclığından irəli gəlir və Azərbaycan-Niderlandmünasibətlərində süni gərginliyin yaradılmasına da hesablana bilər.Halbuki Niderlandın yeni hökumət proqramı bu ölkənin bölgəmizəyönəlik siyasətində ciddi dəyişikliyin – yəni əvvəlki birmənalışəkildə Ermənistanı dəstəkləmək mövqeyindən indiki praqmatik vəbalanslı mövqeyə doğru dəyişikliyin baş verdiyini nümayişetdirir.

Niderlandın yeni koalisiya proqramı ilə təsdiq olunan bölgəmizəmünasibətdə baxışlarındakı bu dəyişiklik Niderland rəhbər siyasiçevrələrin bölgəmizdəki həqiqətləri və prosesləri düzgünqiymətləndirməsindən, Azərbaycanın bölgədəki liderliyinin qəbuledilməsindən qaynaqlanır. Bu xüsusda 2025-ci il ərzində Azərbaycanvə Niderland arasında intensiv siyasi dialoq, xüsusilə dəKopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsindəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə NiderlandKrallığının Baş naziri Dik Sxof arasında görüş, Bakıda iki ölkəninXİN-ləri arasında siyasi məsləhətləşmələr, Niderland xarici işlərnazirinin müavini Marsel de Vinkin iki dəfə Bakıya səfəri, VyanadaATƏT Nazirlər Şurası çərçivəsində iki ölkənin xarici işlərnazirləri arasında görüş, Azərbaycan Respublikası Prezidentininxüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyovun Haaqaya səfəri,habelə digər rəsmi səfər mübadilələri mühüm rol oynamışdır. Buintensiv siyasi təmaslardan irəli gələrək Niderland hökumətininçoxsaylı parlamentarların qərəzli suallarına obyektiv cavablarımüşahidə olunmuş, Niderland parlamentindəki əvvəlki anti-Azərbaycanmeylləri ciddi şəkildə səngimiş və münasibətlər qarşılıqlı faydalıəməkdaşlıq istiqamətinə yönəlmiş, o cümlədən iki ölkə arsında2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 2024-cü illə müqayisədə30 faiz artıb".

Seçilən
48
az.trend.az

1Mənbələr