AZ

Lənkəranda 4 otaqlı ev kül oldu

Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yanğın hadisəsi baş verib.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, yanğın Əkbərov Emil Zeynal oğluna məxsus ümumi sahəsi 120 kvadratmetr olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın qısa müddətdə söndürülüb.

Turab

Seçilən
33
1
nocomment.az

2Mənbələr