AZ

İrana mesaj: “Ayətullahdan sonra nə baş verəcək?”

İranda regional gərginliyin və mümkün müharibə ehtimalının yenidən müzakirə olunduğu bir vaxtda, Amerika mərkəzli TIME jurnalı yayımladığı son üz qabığı ilə gündəmə gəlib.

"Cebheinfo.az" xəbər verir ki, “After the Ayatollah” (Ayətullahdan sonra) başlığını yazılan üz qabığı, ölkədə mümkün siyasi qırılmadan sonrakı ssenariləri çağrışdıran vizual dili ilə diqqət çəkir.

Üz qabığında qırmızı və qara tonların üstünlük təşkil etdiyi bir atmosfer yaradılıb. Ayətullah arxası tamaşaçıya dönük şəkildə təsvir edilib. Ayətullahın kürəyində isə İranda rejim əleyhinə etirazlara işarə edən, qadın və kişi fiqurlarından ibarət simvolik təsvir yer alıb.

TIME jurnalının İranda gərginliyin artdığı bir dövrdə yayımladığı bu üz qabığı müzakirələrə səbəb olub. Üz qabığı jurnalın daha əvvəl Səddam Hüseyn və Müəmmər Qəddafi ilə bağlı istifadə etdiyi simvolik təsvirləri xatırladır. Sosial mediada bəzi istifadəçilər xüsusilə Ceffri Epşteyn qalmaqalı fonunda dərginin redaksiya prioritetlərini tənqid ediblər. Bəzi istifadəçilərin üz qabığını fərqli formalarda yenidən dizayn edərək paylaşması diqqət çəkiblər.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr