AZ

Çelsi nin keçmiş müdafiəçisi Çin klubuna keçir

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Çelsi"nin keçmiş müdafiəçisi Kurt Zuma "Şandun Tayşan"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

31 yaşlı mərkəz müdafiəçisinin Çin klubu ilə daha bir il uzatmaq şərti ilə bir illik müqavilə imzalayacağı bildirilir.

Zuma 2025-ci ilin sentyabrında "Kluj"a qoşulub. Fransız futbolçu Rumıniya klubunda dörd oyun keçirib və yanvarın əvvəlində klubdan ayrılıb.

Qeyd edək ki, müdafiəçi daha çox "Çelsi"dəki çıxışı ilə tanınıb. "Zadəganlar" 2014-cü ildə onun transferi üçün "Sent-Etyen"ə 14,6 milyon avro ödəyib. Zuma karyerası ərzində həmçinin "Vest Hem" və Səudiyyə Ərəbistanının "Əl-Oruba" komandalarında da oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
sport24.az

1Mənbələr