Avtosfer saytına istinadən ain.az xəbər verir.
Paytaxtın bir sıra ərazilərində müşahidə olunan əlverişsiz hava şəraiti sürücülər və sakinlər üçün problemlər yaradıb.
Qaradağ rayonu, Lökbatan qəsəbəsində güclü külək səbəbindən işıqfor qırılaraq yola düşüb.
Hadisə fevralın 4-də səhər saatlarında qeydə alınıb. Nəticədə ərazidən keçən sürücülərin hərəkəti əngəllənib.
Xoşbəxtlikdən avtomobillər hadisə baş verən anda həmin yerdən keçməyib.
Qeyd edək ki, güclü külək nəticəsində bir sıra ağaclar və yol infrastrukturu zədələnib, nəqliyyat hərəkətində çətinliklər yaranıb.
Nərmin
Oxunub 256
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.