AZ

Atsunun son qolu indi kədərli xatirədir - VİDEO

Türkiyədə 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələnin qurbanlarından biri olan Kristian Atsunun faciədən saatlar əvvəl vurduğu qoldan 3 il keçib.

Apasport.az xəbər verir ki, "Hatayspor"un qanalı futbolçusu “Kasımpaşa”ya qarşı keçirilən görüşdə matçın son dəqiqələrində vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandırmışdı.

Bu qarşılaşmadan cəmi bir neçə saat sonra Türkiyənin cənub-şərqində güclü zəlzələ baş vermişdi. Fəlakət nəticəsində minlərlə insan həyatını itirmiş, dağıntılar altında qalanlar arasında 31 yaşlı futbolçunun da meyiti tapılmışdı.

Beləliklə, bir neçə saat əvvəl stadionu sevincə qərq edən futbolçu, qısa müddət sonra ölkəni sarsıdan faciənin qurbanına çevrilmişdi.

Atsunun bu qolu indi azarkeşlərin yaddaşında həm futbol sevinci, həm də böyük kədərin simvolu kimi yaşayır: 

18 yaşlı yarımmüdafiəçi rəsmən “Qalatasaray”da

“Qalatasaray” avstriyalı futbolçu ilə yollarını ayırıb

Cənubi Koreya millisinin üzvü “Beşiktaş”da - RƏSMİ

Türkiyə Kuboku: “Qalatasaray”dan inamlı qələbə

"Bəzi çiçəklər bəzi torpaqlarda yetişmir" - Super Liqada ayrılıq

Seçilən
43
1
apasport.az

2Mənbələr