AZ

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları bu şəxslərə 8000 manat məbləğində cərimə tətbiq etdi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.


Ekologiya.az bildirir ki, araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakinləri Kəmaləddin İsrafilov, Elmin İsrafilli, Kərəm Kərimov, Səxavət Yolçuyev, Zahid İsrafilov, Amid Nəcəfov, Azər Qafarov və Anar Həsənov olduğu müəyyən edilib.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə tətbiq olunub.
Seçilən
49
ekologiya.az

1Mənbələr