AZ

“İnter” onu transfer edib icarəyə verdi

“İnter” yeni transfer həyata keçirib.

"Football-plus.az" xəbər verir ki, Milan klubu “Modena”dan Yanis Massoleni transfer edib. 23 yaşlı fransalı yarımmüdafiəçi ilə müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Lakin Massolen “İnter”ə yayda qoşulacaq. Klub onu “Modena”ya cari mövsümün sonunadək icarəyə verib.

Yanis bu mövsüm B seriyasında 14 matça çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
24
1
football-plus.az

3Mənbələr