Ağcabədi rayonunda 6 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.
Manset.az bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Avşar kənd məktəbinin direktoru Elşən Quliyevlə əlaqə saxlayıb. O, bildirib ki, məktəbli hazırda xəstəxanadadır:
"Vallah, bütün rayon məəttəl qalıb. 6 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavəti ola bilər? Axşam saatlarında, 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında - oynadıqları yerdə bıçaqlayıblar. Bıçaqlayan şəxs barədə məlumatım yoxdur, bu barədə hüquq - mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan vaxtı digər qardaşı da yanında olub. Özüm də uşağın yanına getmişdim, ağır əməliyyat keçirib. Hazırda xəstəxanada reanimasiyadadır."