AZ

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında Dünya Hökumətləri Sammiti çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BƏƏ-nin dövlət naziri və Kabinetin baş katibi Məryəm Al Hammadi imzalayıblar.

Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, idarəetmə və institusional bacarıqların inkişafı, müvafiq istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsidir.

Eyni zamanda, sənədin icrası çərçivəsində dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi üzrə təcrübə mübadiləsinin aparılması planlaşdırılır.

Seçilən
11
8
yeniazerbaycan.com

10Mənbələr