AZ

Əbu-Dabidə danışıqlardan sonra açıqlama gözlənilir

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların ikinci günündən sonra kommünike gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. 

Agentliyin mənbəyi bildirib ki, "Yekun bəyanatın BƏƏ nümayəndələri tərəfindən açıqlanması gözlənilir".

Xatırladaq ki, fevralın 4-də Əbu-Dabidə Rusiya, Ukrayna və Amerika danışıqlar aparanlarının üçtərəfli görüşü keçirilib. Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edir. ABŞ-ni danışıqlarda Prezidentin xüsusi elçisi Stiven Vitkov və Ağ Evin kürəkəni, sahibkar Cared Kuşner təmsil edir. Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanovu, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və digər rəsmi şəxsləri BƏƏ-yə göndərib. 

Gülayə Mecid 

Seçilən
28
50
unikal.az

10Mənbələr