“Yaşlı kişilərin cavan qızlarla münasibəti pedofiliyadan fərqlənmir - bu, psixoloji bir xəstəlikdir. Eləcə də yaşlı qadınların gənc oğlanlarla münasibəti”.
“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nura Suri sosial media hesabında yazıb.
O, son günlər gündəmi alt-üst edən Epşteyn məsələsinə belə münasibət bildirib:
“Bütün sosial media Epşteyn işi ilə silkələnir. Hamı elə təəccüblənir ki, guya indiyə kimi ilk dəfədir belə xəbərlər eşidir. Halbuki real hadisələr əsasında nə qədər filmlər çəkilib - Koreya, Çin, Kolumbiya, Türkiyə və s. ölkələrdə uşaq oğurluğu və cinsi istismar mövzusunda.
Bizdə guya yoxdur? Elə bir neçə ay əvvəl 4 yaşlı uşağın başına gələnlər, Nərmin... nə tez yaddan çıxdı. Kəmalə Ağazadənin sığınacağında zorakılığa məruz qalan uşaqların sayını bilirsinizmi?”
N. Suri qeyd edib ki, ətrafımız pulu ilə istədiyini ala bilən əxlaqsızlarla doludur:
“Susan, səsini eşitdirə bilməyən, dərdini deməkdən çəkinən, utanan nə qədər uşaq və yeniyetmə var. Bir ətrafınıza baxın. Hələ nə qədər də əxlaqsız var ki, pulu ilə istədiyini satın ala bilir. Elələri ki tanıyırsınız, amma yaltaqlanmaqdan başqa söz deyə bilmirsiniz.
Ona görə də hər dəqiqə bir post paylaşıb guya nəsə yaxşı iş görürsünüzmüş kimi özünüzü reklam etməyin. Bezdik - taaay adını yazmaq istəmədiyim insanların xəbərlərini görməkdən”.
Aydan Hacı
Telegram kanalımız