Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Neftçi" hücum xəttini yeni oyunçu ilə gücləndirmək üzrədir.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" "Etnikos"da çıxış edən Breno Almeydanın keçidini həll edib. Bu barədə "goal.philenews.com" saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, "Neftçi" braziliyalı vinger üçün onun klubu ilə anlaşma əldə edib. Bakılılar 27 yaşlı futbolçunun özü ilə də razılığa gəlib.
Qeyd edək ki, Breno Almeyda 2024-cü ilin yayından "Etnikos"da çıxış edir. "Sambaçı" bu mövsüm Kipr təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.