AZ

Qardaşı övladlarını baltalayan əmini kənddə dəfn etməyə qoymayıblar? Bələdiyyə sədri danışdı

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verildiyi kimi, Cəlilabad rayonunun Üçtəpə kəndində qardaşının iki övladını baltalayan Əli Nağıyev vəfat edib. 

Ə.Nağıyevin vəziyyəti müvəqqəti saxlama yerində pisləşib və o, xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kənd sakinləri onun qəddar əməlinə görə həmin rayonda dəfn olunmasına etiraz ediblər. 

“Cebheinfo.az”-a açıqlamasında Cəlilabad rayonu Üçtəpə kənd bələdiyyəsinin sədri Şikar Bədirov bildirib ki, mərhum artıq dəfn edilib: 

“Mərhum dünən saat 17:00-da Üçtəpə kənd qəbiristanlığında dəfn edilib. Kənd sakinləri onun harada dəfn olunmasına müdaxilə edə bilməzlər, çünki o, insan olub və vəfat edib. Dəfn mərasimində polis əməkdaşları və 7–8 nəfər iştirak edib.

Mərhumun ailəsi dəfndə iştirak etməyib. Uşaqların atası hadisədən xəbərdardır, Dağıstanda olduğu üçün gələ bilməyib. Təəssüf ki, kəndimizdə belə bir hadisə baş verib. Lakin biz kənd camaatı olaraq onun burada dəfn edilməsinə etiraz etməmişik, həmin şəxs vəfat edibsə, qaydaya uyğun dəfn edilməlidir”. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Açar sözlər:

Qardaşı övladları əmi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr