AZ

Lavrov üçtərəfli razılaşmalardan danışdı

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əvvəllər əldə edilmiş üçtərəfli razılaşmalar aktuallığını qoruyub saxlayır".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşündə deyib. 

Onun sözlərinə görə, bu üçtərəfli razılaşmalar Cənubi Qafqazdakı bütün iqtisadi, nəqliyyat və logistika məsələlərinin həllinə imkan verir: "2020-2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri səviyyəsində razılaşdırılmış bütün məsələlər, fikrimizcə, ilk növbədə Cənubi Qafqazdakı bütün iqtisadi, nəqliyyat və logistika problemlərinin həlli üçün öz aktuallığını qoruyub saxlayır.

Ermənistan bu qərarlardan əhəmiyyətli dərəcədə faydalanmalıdır. Bütövlükdə bütün regionun normal fəaliyyətinə mane olan bütün maneələr aradan qaldırılmalıdır. Biz buna hazırıq".

Rusiyanın xarici işlər naziri xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri üçtərəfli işçi qrupu çərçivəsində liderlərin razılaşmaları əsasında qəbul edilmiş qərarlar çərçivəsində müntəzəm əlaqə saxlayırlar.

Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
unikal.az

3Mənbələr