AZ

Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib

Xarici
Fevralın 5-də Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün tədbir keçirilib. 1news.az xəbər verir ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların təmsilçiləri, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.
DTA sədrinin müavini Azadə Hüseynova tədbirdə çıxış edərək diplomatik korpusla keçirilən bu ənənəvi görüşlərin qarşılıqlı dialoq və əməkdaşlıq baxımından mühüm platforma olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın turizm sahəsinə dövlət tərəfindən göstərilən dəstək, son illərdə birbaşa uçuşların sayının artması, genişlənən hava əlaqələri və mərhələli şəkildə sadələşdirilən viza rejimi ölkənin Şərqlə Qərbi birləşdirən regional turizm mərkəzi kimi mövqeyini möhkəmləndirib. Eyni zamanda Azadə Hüseynova beynəlxalq təşkilatlarda Azərbaycanın aktiv təmsilçiliyini, xüsusilə BMT Turizmlə əməkdaşlıq, 2026-cı il üçün Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının "Turizm paytaxtı" seçilməsi, Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Ilə əməkdaşlıq çərçivəsində "Şahdağ" Turizm Mərkəzində keçirilək beynəlxalq yarışlar haqqında danışıb. O, Azərbaycanın indiyədək müxtəlif qlobal tədbirlərə ev sahibliyi etdiyini qeyd edərək may ayında keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) haqqında danışıb və Azərbaycanda işgüzar tədbirlər turizminin inkişaf etməkdə olduğunu bildirib. Tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə tərəfindən ölkənin turizm sektorunun strateji inkişaf istiqamətləri, prioritet bazarları, turizm məhsulları, 2025-ci ildə həyata keçirmiş marketinq tədbirləri və 2026-cı il üçün planlaşdırılan fəaliyyətlər haqqında təqdimat edilib. Təqdimatda mədəni irs, qastroturizm, təbiət və ekoturizm, qış turizmi, sağlamlıq turizmi və şəhər təcrübələri Azərbaycanın əsas turizm məhsulları kimi önə çəkilib. Xüsusilə “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, eləcə də Şəki, Basqal və Qarabağ istiqamətində icma əsaslı turizmin inkişaf etdirilməsi dayanıqlı yanaşmanın nümunəsi kimi qeyd olunub.
Təqdimatda, həmçinin Avropa, Yaxın Şərq və Asiya bazarlarında mövqeyin gücləndirməsinin hədəfləndiyi və Azərbaycanın qlobal turizm xəritəsində rəqabət qabiliyyətini artırmağı məqsəd kimi müəyyən etdiyi vurğulanıb
Seçilən
53
6
1news.az

7Mənbələr