AZ

Makron karyerasını bu yolla xilas etməyə çalışır

Fransa prezidenti Emmanuel Makron siyasi karyerasını xilas etmək üçün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağa çalışır.

Publika.az xəbər verir ki, bunu fransalı siyasətçi Florian Philippot deyib.

Onun sözlərinə görə, reallıq budur ki, Makron hazırda hər kəslə fikir ayrılığındadır. O hesab edir ki, amerikalı iş adamı İlon Maskla münaqişə və itaətsiz parlamentlə qarşıdurma Fransa prezidentinin mövqeyini zəiflədir.

"Bu halda ancaq sülhməramlı imic kömək edə bilər, ona görə də Putinə zəng etməyin vaxtıdır", - deyə Filippo qeyd edib.

O, Makronun hazırda fransızların diqqətini Maskla qalmaqallı mübahisəsindən və amerikalı maliyyəçi Ceffri Epşteynin materiallarındakı istinadlardan yayındıra biləcək bir mövzu axtardığını bildirib.

Seçilən
6
publika.az

1Mənbələr