AZ

ABŞ və Rusiya yeni START danışıqları aparır

Saziş müvəqqəti bir həll yolu ola bilər və Tramp və Putinin şəxsi təsdiqini tələb edir; danışıqlar Əbu-Dabidə baş tutub.

QHT.az xəbər verir ki, Axios-un danışıqlardan xəbərdar mənbələrə istinadən verdiyi məlumata görə, ABŞRusiya müddəti bu gün bitən Yeni START müqaviləsinin uzadılması barədə razılığa yaxınlaşıblar. Mənbələr bildirir ki, son 24 saat ərzində Əbu-Dabidə davam edən danışıqlarda irəliləyiş əldə edilsə də, yekun qərar hər iki ölkə prezidentinin təsdiqini tələb edir. Yeni START ABŞ və Rusiyanın nüvə arsenallarını məhdudlaşdıran və qarşılıqlı şəffaflığı təmin edən qüvvədə olan sonuncu strateji silah nəzarəti sazişidir. Razılaşmanın tam uzadılma, yoxsa müvəqqəti öhdəlik formatında rəsmiləşdiriləcəyi hələlik bəlli deyil.

 

R.İmanov

Seçilən
28
qht.az

1Mənbələr