AZ

Ronaldu itkin düşdü

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanında "Ən-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldunun axtarışda olduğuna dair parodiya posterləri peyda olub.

Milli.Az bildirir ki, bu barədə "The Touchline" məlumat yayıb.

"Xahiş edirik, əgər Kriştianunu görmüsünüzsə, bizə xəbər verin. O, evdən çıxıb və geri qayıtmayıb. Harada olduğunu bilirsinizsə, zəhmət olmasa, 7777-222-43-41 nömrəsi ilə əlaqə saxlayın", - posterlərin üzərindəki mətndə deyilir:

Bu etiraz Ronaldunun boykotuna azarkeşlərin reaksiyası idi.

Qeyd edək ki, "Ən-Nəsr"in məşhur hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda "Ər-Riyad"la oyunda (1-0) heyətə qatılmayıb. Mediada yayılan məlumatlara görə, futbolçu bu addımı ilə Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən idarə olunan klubun siyasətinə qarşı etiraz edib.

Fevralın 3-də "Record" 40 yaşlı oyunçunun "Ən-Nəsr"də özünü bədbəxt hiss etdiyini və yayda klubdan ayrıla biləcəyini yazıb.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
news.milli.az

3Mənbələr