AZ

İran raket proqramının müzakirəyə qapalı olduğunu növbəti dəfə bəyan edib

İran raket proqramının müzakirəyə qapalı olduğunu növbəti dəfə bəyan edib

İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rizayi ölkəsinin raket proqramı və aşağı səviyyəli uran zənginləşdirmə fəaliyyətlərinin müzakirə mövzusu olmadığını bildirib.

Ölkə mediasına açıqlama verən Rizayi sabah Omanda keçiriləcək ABŞ ilə danışıqlarda raket proqramı və uranın zənginləşdirilməsi məsələlərinin İranın "qırmızı xətləri" arasında yer aldığını qeyd edib.

Rizayi həmçinin "İranın qırmızı xətləri dəyişməyib. Əgər amerikalılar danışıqlara əvvəlki üsulla qatılmaq və məsələn, sıfır zənginləşdirmə kimi tələblər irəli sürmək istəyirlərsə, indidən bu müzakirələrin uğursuzluğa məhkum olduğu deyilməlidir" deyə vurğulayıb.

Seçilən
95
34
afn.az

10Mənbələr